AZSIĞORTA ASC

“AZSIĞORTA” ASC 2006 ildən Azərbaycan sığorta bazarında uğurla fəaliyyət göstərir.Bu gün “AZSIĞORTA”ASC-yə rəhbərlik edən İdarə Heyəti, o cümlədən aparıcı işçi heyəti sığorta sektorunda kifayət qədər böyük təcrübəyə malik olan şəxslərdən təşkil olunmuşdur. Bu isə ilk növbədə mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti təşkil etməyə imkan verir.

 “AZSIĞORTA”ASC qəbul etdiyi riskləri Avropa və dünya təkrarsığorta bazarının ən etibarlı təkrarsığorta şirkətində operativ yerləşdirmək imkanına malikdir.

“AZSIĞORTA”ASC-ni digər şirkətlərdən fərqləndirən əsas əlamətlərdən biri kimi daim yeni sığorta məhsullarının yaradılmasını, iş prosesində innovasiyaların tətbiqini, sığorta sahəsində kütləvi təbliğat işlərinin aparılmasını, insanların sığorta sahəsində maarifləndirilməsini və s.göstərmək olar.

 

Ünvan: Əhməd Rəcəbli 219

Email: office@bonne.az

Telefon: (+99412) 564 69 57

Mobil: (+99412) 511 89 24