1C AzStandart-2

Bank əməliyyatları

Proqramda Azərbaycan Respublikasının bütün bankları üzrə rekvizitlərin toplandığı bank təsnifatı mövcuddur. İstifadəçiyə bank rekvizitlərini əl ilə yazmağa ehtiyac yoxdur,  təsnifçidən lazımi bankı seçmək kifayətdir, qalanını proqram özü edəcəkdir. Bank əməliyyatlarının proqramda əks olunması üçün müvafiq sənədlər mövcuddur. Lazımi əməliyyatı seçdikdən sonra zəruri rekvizitlər peyda olur. Məsələn, “Verginin köçürülməsi” əməliyyatını seçərkən əlavə “Büdcə xərclərinin təsnifçisi”, “Büdcə səviyyəsinin kodu” peyda olunur, bu rekvizitlər mütləq doldurulmalıdır.

Habelə bütün çap formaları milli bankın standartlarına uyğundur.

Kassa əməliyyatları

Proqramda bütün kassa əməliyyatları tam avtomatlaşdırılmışdır, kassa üzrə əməliyyatların daxil edilməsi üçün aşağıdakı sənədlər mövcuddur;

  • Kassa mədaxil orderi
  • Kassa məxaric orderi

Kassa kitabı avtomatik olaraq tərtib olunur.

ƏS uçotu

Proqramda ƏS uçotu üçün zəruri sənədlər, sorğu kitabçaları və emalı yerləşdirilmişdir ki, bu da uçotu praktiki cəhətdən tam avtomatlaşdırmağa imkan vermişdir.

  • - Əsas Vəsaitlərin daxil edilməsi
  • - Əsas Vəsaitlərin uçota alınması
  • - Əlavə xərclərin qeyd olunması
  • - Əsas Vəsaitlərin yerdəyişməsi
  • - Əsas Vəsaitlərin silinməsi
  • - Əsas Vəsaitlərin satışı

Habelə vergi və mühasibat uçotu üzrə amortizasiyanı ayrı-ayrılıqda hesablamaq mümkündür. Mühasibat uçotunda amortizasiyanın hesablanmasının aşağıdakı üsulları mövcuddur;

Faydalı istifadə müddəti illərinin cəminə görə;

  • - Xətt
  • - Azalan qalıq
  • - İstehsalat (hasilat üzrə)
  • - Azalan qalıq (vergi qanunvericiliyi üzrə)

Valyutalar

Konfiqurasiyada xarici valyutalar üzrə uçotun aparılması var. İstifadəçilərin rahatlığı üçün valyuta təsnifçisi yaradılmışdır. İstifadəçi sadəcə olaraq zəruri valyutanı təsnifçidən seçir və işləyir. Həmçinin valyuta məzənnəsinin Azərbaycanın Milli Bankının saytından yeniləmə imkanı həyata keçirilmişdir.

Kadrların uçotu

Kadr uçotu istənilən şirkətin, habelə ən böyük şirkətin uçotunun ayrılmaz hissəsidir.

AzStandart konfiqurasiyası nizama salınmış kadr uçotunun cari qanunvericiliyinin tələblərinə tam uyğun aparılmasını təmin edir və aşağıdakı tapşırıqları həll etməyə imkan verir:

  • - Ştat cədvəlinin aparılması.
  • - Kadr hərəkətinin uçotu(İşə qəbul, yerdəyişmə, işdən azad edilməsi).
  • - İş vaxtının və müxtəlif əsaslara görə işə çıxmamaların uçotu (işçilərin məzuniyyət, xəstəlik və sair səbəbindən iş yerində olmaması). Habelə işçinin iş yerinə vaxtından əvvəl çıxmasının uçotunu aparmaq və növbəti əmək haqqının hesablanmasında və istifadə edilmiş vaxtın hesablanmasında bu məlumatları nəzərə almaq olar.
  • - Hərbi uçot.

Proqram, kadr xidmətinə qanunvericiliyə uyğun olaraq işçi heyətinin hərəkəti haqqında zəruri sənədləri avtomatik formalaşdırmaq və çapa vermək imkanı ilə kadrlar xidmətinə bütün əsas vəzifələrini avtomatlaşdırmaq imkanı yaradır:

  • - Əməkdaşların qəbulu, yerdəyişməsi, işdən azad edilməsi haqqında əmrlər;
  • - İşçilər T2 formasında şəxsi vərəqələri;
  • - İşçinin məzuniyyətə göndərilməsi haqqında əmr, məzuniyyət vərəqəsi və digərləri.

Mal və xidmətlərin daxil olması

Mal və xidmətlərin daxil olmasının qeydiyyata alınması sənədlər vasitəsilə həyata keçirilir, habelə daxil olan qaimə hesab fakturaları sənədlər (qaimələr) əsasında qeydiyyata alınır. Əvvəlcədən ödənilmiş avansın yoxlanılmasının mümkünlüyü həyata keçirilmişdir. Əlavə olaraq konfiqurasiyada təchizatçılardan alınmış sənədlərə və alınmış hesab fakturalara baxılması üçün vacib alətlər var.

ƏDV

ƏDV-nin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun uçota alınması üçün bu konfiqurasiyada geniş imkanlar mövcuddur. Ayın sonunda “Satınalmalar kitabının tərtib edilməsi” hesabatının köməkliyi ilə proqram zəruri şərtlərə əməl etməklə avtomatik olaraq ƏDV məbləğini hesablayır (vergi hesab fakturasının olması, vergi hesab fakturasının ödənilməsi). Bu məqsədlər üçün konfiqurasiyanın strukturuna zəruri dəyişikliklər edilmişdir.

Vergi uçotu (VU)

Proqram mühasibat (maliyyə) və vergi uçotunun paralel şəkildə aparılması üçün nəzərdə tutulmuşdur.

            Mühasibat düzəlişlərindən başqa qalan bütün sənədlər də vergi düzəlişləri aparır. Mühasibat uçotunun və hesabların vergi planının uyğunluğunun tənzimlənməsi “MU və VU hesablarının uyğunluğunun müəyyən edilməsi” sənədi vasitəsilə aparılır.

            VU hesab planı təşkilatın mənfəət vergisi üzrə bəyannaməsinin tərtib edilməsi üçün nəzərdə tutulmuşdur. Bunun həyata keçməsi üçün proqram vergi bəyannamələri üzrə gəlir və xərclərin əks olunması üçün zəruri alətlərlə tamamlanmışdır.

            “Xərclərə dair maddələr” sorğu kitabçasında əlavə “vergi bəyannaməsi” rekviziti var, yəni xərclər maddəsini yaradarkən istifadəçi mühasibat uçotu məqsədləri üçün həmin xərci vergi bəyannaməsinin konkret maddəsinə bağlayır, həm də vergi bəyannaməsi maddəsi rekviziti mütləq doldurulmalıdır. Xərc hesabları üzrə dövriyyə-saldo cədvəli tərtib edilərkən xərcləri tənzimləmə vasitəsilə həm mühasibat xərcləri nöqteyi-nəzərindən, həm də vergi bəyannaməsi nöqteyi-nəzərindən çıxarmaq olar.

            Müvəqqəti və daimi fərqlərin uçotu hazırlıq mərhələsindədir.

Əmək haqqı

Əlavə və tutulmaların hesablanması

Konfiqurasiyada demək olar ki, təsərrüfat hesablı müəssisələrdə istifadə olunan əmək haqqı hesablamalarının, habelə onlarla bağlı tutulma, vergi və ödəmələrin bütün növləri avtomatlaşdırılmışdır:

  • Vaxtaşırı (aylıq, gündəlik və saathesabı tarif dərəcələrindən istifadə etməklə);
  • İşəmuzd;
  • və digərləri.

İnformasiya sistemində hesablamanın hər bir növü bir sıra xüsusiyyətlərlə təsvir olunur:

  • Hazırkı əlavə nın digər əlavə hesablmalardan asılılıq səviyyəsi;
  • Variantlardan seçilə biləcək hesablama üsulu:
    • Nizama salınmış parametrlər üzrə: aylıq/gündəlik/saathesabı tarif dərəcəsi, faiz, təsbit edilmiş məbləğ və digərləri üzrə,
    • Nizama salınmış hesablama üsullarında əlverişli sayılan istənilən məlumatların kombinasiyası əsasında, habelə hesablamanın fərdi göstəriciləri əsasında hesablama nəticəsini əldə etməyə imkan verir;
  • İş vaxtının uçotunda əks olunma qaydası;
  • FŞGV hesablanması üçün hesablamaların təsnifatı;
  • Hesablamaların mühasibat uçotundə əks olunma üsulu;
  • Sıxışdırıb çıxaran hesablamaların siyahısı (məsələn, əməkdaş eyni zamanda xəstələnə və işləyə bilməz);
  • Dəyişilərkən cari hesablamanın yenidən hesablanması lazım gələn aparıcı hesablamaların siyahısı;
  • Hesablama forması: pul və ya natura formasında.

Nəticədə informasiya sistemində hər bir hesablanma üçün onun əmək haqqının hesablanmasında, vergi və haqların hesablanmasında istifadəsi üçün zəruri olan bütün xarakteristikalar təsbit edilir və saxlanılır ki, bu da şirkətə bütün hesablamaları konkret təşkilatda qəbul edilən uçot siyasətinin spesifikasına uyğun olaraq aparmağa imkan verir.

Təşkilatın bütün hesablamaları hesablama prinsipinin müəyyən edildiyi iki böyük qrupda cəmlənmişdir:

  • Əsas hesablamalar – əməkdaşın müəyyən fəaliyyət dövrü ərzində formalaşan hesablamalardır (tarif dərəcələri üzrə ödəniş, işçinin yerində olmadığı müddətlərin və digərlərinin ödənilməsi). Əsas hesablamaların hesablanma üsulları müxtəlif ola bilər.
  • Əlavə hesablamalar – məsələn, birdəfəlik mükafatı formalaşdıran hesablamadır. Əlavə hesablamalar göstərilən baza hesablamaları üzrə hesablanmış məbləğlərinin faizi şəklində hesablana bilər və ya təsbit edilmiş məbləğlə göstərilir.

Əsas hesablamaların hesablanması üçün müxtəlif hesablama formullarından ibarətdir:

  • Hesablamanın faktiki təsir müddəti ərzində tarif dərəcəsi üzrə (aylıq, gündəlik və ya saathesabı);
  • Hesablamanın faktiki təsir müddəti ərzində işəmuzd;
  • Faizlə (göstərilən baza hesablamaları üzrə hesablanmış məbləğlərin);
  • Təsbit edilmiş məbləğlə;
  • Təqvim günlərinə görə məzuniyyət üçün orta əmək haqqı üzrə;
  • İş günlərindən hesablamalarda məzuniyyət üçün orta əmək haqqı üzrə;
  • Müvəqqəti əmək qabiliyyətinin olmamasına görə müavinətin hesablanması üçün orta əmək haqqı üzrə;
  • Orta əmək haqqı üzrə (məsələn, məzuniyyətlərin ödənilməsi üçün);
  • orta əmək haqqına qədər kəsir pulun ödənilməsi;
  • və digərləri.

Həmçinin bir neçə məzuniyyət növləri üzrə və iş vaxtı dayanmalar üzrə hesablamalar, alimentlərin tutulması və digərləri nəzərdə tutulmuşdur.

İstifadəçilər sadalanan növlərdən başqa bütün mümkün hesablaşma üsulları ilə şəxsi hesablama növlərinin sayını artıra bilərlər.

  • Konfiqurasiya habelə tutulmaları hesablamağa imkan verir:
  • Faizlə (göstərilən baza hesablamaları üzrə hesablanmış məbləğlərin);
  • İcra sənədləri üzrə tutulmalar üçün (yəni, vergi məbləğlərinin üzərinə baza hesablamalarının məbləğlərinin əvvəlcədən azaldılması ilə);
  • Təsbit edilmiş məbləğlə.

Proqramda aşağıdakı mexanizmlər yaradılmışdır:

  • Məzuniyyətlərin hesablanması. Sənəd məzuniyyətləri avtomatik rejimdə hesablayır (12 aylıq baza üzrə).
  • Xəstəlik vərəqələrinin hesablanması. Sənəd xəstəlik vərəqələrini avtomatik rejimdə hesablayır (12 aylıq baza üzrə). DSMMF fonduna göndərilən bütün çap formaları da proqramın məlumatları əsasında avtomatik olaraq yaradılır.
  • Normadan yuxarı ezamiyə xərclərinin uçotu. Zəruri hallarda gross up əmək haqqını həyata keçirmək imkanı mövcuddur.

AzStandart-2

Uçotunun aparılması üçün hər şey hazırdır

Proqram istehsal, ticarət, anbar və idarəetmə uçotu, müəssisənin kollektivi idarə olunması, kadr uçotu, əmək haqqının hesablanması, mühasibat və vergi uçotunun səmərəli təşkilinə imkan verir.

Ünvan: Əhməd Rəcəbli 219

Email: office@bonne.az

Telefon: (+99412) 564 69 57

Mobil: (+99412) 511 89 24